top of page
Writer's pictureNGL Forum

"Rainy Adventures in Busan: Embracing the Beauty Amidst the Downpour"


During this summer vacation, I had the fantastic opportunity to visit Busan. If you have never

heard of Busan before, which is probably impossible, it is the second biggest city in South Korea after Seoul. Busan is famous for its beautiful beaches, mountains, and temples. There is so much to do in this fantastic city, so buckle up and get ready to immerse yourself in this journey.

Bu yay tətilində Busanı ziyarət etmək üçün əla fürsətim oldu. Əvvəllər Busan haqqında eşitməmisinizsə, ( bu, yəqin ki, mümkünsüzdür), Cənubi Koreyanın Seuldan sonra ikinci ən böyük şəhəridir. Busan gözəl çimərlikləri, dağları və məbədləri ilə məşhurdur. Bu fantastik şəhərdə görüləsi çox şey var, buna görə də yeni bir səyahətə atılmağa hazırlaşın.


Image source: Expedia.com


It was my second time visiting Busan; however, I was not that lucky with the weather this time

either since it coincided with the rainy season (My first time was last January). Regardless, rain

could not stop me from enjoying this beautiful city.

Bu mənim Busana ikinci ziyarətim idi; lakin yağışlı mövsümə təsadüf etdiyi üçün bu dəfə də hava ilə o qədər də bəxtim gətirmədi (ilk dəfə keçən ilin Yanvar ayında getmişdim). Lakin nə olursa olsun, yağış bu gözəl şəhərdən həzz almağıma mane ola bilməzdi.


Busan is a fantastic city to travel to, not simply because of its breathtaking sights but also

because of its people. Busan people are amicable, kind, and passionate. I remember, during both of my visits, how people would try to help me even without me asking for help. This time I even ended up getting small presents.

Busan sadəcə nəfəs kəsən görməli yerləri ilə deyil, həm də insanları ilə də səyahət etmək üçün fantastik bir şəhərdir. Busan xalqı mehriban, mülayim və çox həvəskardır. Hər iki səfərim zamanı insanların mən kömək istəmədən də mənə kömək etməyə çalışdıqlarını xatırlayıram. Budəfəki səfərimdə hətta kiçik hədiyyələr belə aldım.


The milk I got from a cute grandpa who sat next to me on the train and kept me company for a few hours until we arrived in Busan. I also got candies from a random grandpa on the subway on my way to Seoul. That is not all; I even got compliments and nice words from local people about my language skills. So, my trips to Busan always end up raising my self-esteem and making me extremely happy, which is why I can't wait to go back again.

Qatarda yanımda oturan və Busana çatana qədər bir neçə saat mənə yoldaşlıq edən sevimli bir babadan süd aldım. Seula qayıdarkən metroda təsadüfi bir baba heç bir söz demədən mənə konfet verdi. Bu hamısı deyil; Hətta yerli insanlardan dil biliklərimlə bağlı təriflər və xoş sözlər aldım. Buna görə də, Busana səfərlərim həmişə özgüvənimi artırır və məni son dərəcə xoşbəxt edir, buna görə də yenidən qayıtmaq üçün səbirsizlənirəm.


So, without further ado, let me show you how to enjoy Busan despite the lousy weather.

Beləliklə, daha çox uzatmadan, pis havaya baxmayaraq, Busandan necə həzz alacağınızı sizə göstərim.


Gwangalli Beach


Image source: KoreabyMe


Gwangalli Beach should be the first destination you ever visit in Busan. The beach is as beautiful during the daytime as it is at night. Gwangan Bridge adds to the beauty of the beach, especially with its nighttime lighting. Around the beach, there are lots of excellent cafes and restaurants where you can enjoy the view while eating. If you visit during the weekends, it is more fun due to the drone show and busking performances.

Gwangalli sahili, Busanda ziyarət edəcəyiniz ilk yer olmalıdır. Çimərlik gecə olduğu kimi gündüz də gözəldir. Qvanqan körpüsü xüsusilə gecə işıqlandırması ilə çimərliyə gözəllik qatır. Çimərliyin ətrafında çoxlu gözəl kafe və restoranlar var, burada yemək yeyərkən mənzərədən həzz ala bilərsiniz. Həftə sonları ziyarət etsəniz, dron şousu və busking çıxışları sayəsində daha da əyləncəyinizdən əmin olun.


When I visited during July, the sunflowers were in full bloom, so despite the rain, I was able to

take lots of nice pictures.

İyul ayında ziyarət etdiyim zaman günəbaxan mövsümünə təsadüf etdiyi üçün yağışa baxmayaraq, çoxlu gözəl şəkillər çəkdirə bildim.


Haeundae Beach


Image source: BeachSearcher


Haeundae Beach is one of the famous beaches in South Korea. It is renowned for its beautiful

coastline, surrounded by buildings, and is the best place to swim in the summer. In summer, you can see colorful parasols all over the coast, adding to the beauty of the beach. If you visit the beach during May or early June, you can attend the sand festival, where you can see the sand sculptures made by renowned artists. If you visit during the night, you can enjoy the

performances by local artists. The Haeundae area is famous for its restaurants, coffee shops, and souvenir stores, so check them out.

Haeundae çimərliyi Cənubi Koreyanın məşhur çimərliklərindən biridir. Binalarla əhatə olunmuş gözəl sahil xətti ilə məşhurdur və yayda üzmək üçün ən yaxşı yerdir. Yayda bütün sahil boyu çimərliyə gözəllik qatan rəngli çətirləri görə bilərsiniz. May və ya iyunun əvvəllərində çimərliyə baş çəksəniz, tanınmış rəssamların qumdan hazırlanmış heykəllərini görə biləcəyiniz qum festivalında iştirak edə bilərsiniz. Axşam vaxtı ziyarət etsəniz, yerli sənətkarların çıxışlarından xüsusilə ləzzət ala bilərsiniz. Haeundae ərazisi restoranları, kafeləri və suvenir mağazaları ilə məşhurdur, ona görə də mütləq bir dəfə də olsun baş çəkməyə dəyər.


When I visited Haeundae on the third day of my trip, the coast was very windy, so we could not fully enjoy the beach, but it still became an exciting memory.

Səfərimin üçüncü günündə Haeundae-ni ziyarət etdiyim zaman sahil çox küləkli idi, buna görə də çimərlikdən tam həzz ala bilmədik, amma yenə də maraqlı bir xatirəyə çevrilmişdi.

An unforgettable experience you can only have in Haeundae is the Haeundae Sky Capsule.

These are colorful mini trains (2, 3, or 4 people) that will take you from Mipo to Cheongsapo

along the coastline of Haeundae Beach. The view from the trains is incredible, and because the speed is plodding, you might enjoy the panoramic view of the coastline. Do not forget to book the tickets beforehand; due to their popularity, on-site purchases are impossible. I also

recommend visiting during nice weather; I regret not being able to secure the sky capsule due to rainy weather.

Yalnız Haeundae-də əldə edə biləcəyiniz unudulmaz təcrübə Haeundae Sky Kapsuludur. Bunlar sizi Haeundae çimərliyinin sahil xətti boyunca Mipodan Cheongsapoya aparacaq rəngli mini qatarlardır (2, 3 və ya 4 nəfərlik). Qatarların mənzərəsi inanılmazdır və sürəti yavaş olduğundan, sahil xəttinin panoramik mənzərəsindən həzz ala bilərsiniz. Biletləri əvvəlcədən bron etməyi unutmayın; populyarlığına görə, yerində alış mümkün deyil. Aydın havada ziyarət etməyi tövsiyə ediəm; Yağışlı hava səbəbindən kapsulu yoxlaya bilmədiyim üçün hələ də çox təəssüflənirəm.












Image source: Reddit


Songdo Beach


Another incredible beach located in Busan is Songdo Beach. Unfortunately, due to the bad

weather conditions during my visits to Busan, I did not get to travel there personally. So this will be the first place I visit next time I am in Busan.

Busanda yerləşən başqa bir inanılmaz çimərlik Songdo çimərliyidir. Təəssüf ki, Busana səfərlərim zamanı pis hava şəraitinə görə şəxsən ora səyahət edə bilməmişəm. ona gürə də növbəti dəfə Busanda olanda ilk ziyarət edəcəyim yer olacaq.

Image source: Visit Korea


What makes this beach different from others is the fact that it is artificial. It was created in 1913

and got its name from the thick pine forest surrounding the island. The beach is 800 meters long and only 3 km from the famous Jagalchi fish market.

Bu çimərliyi digərlərindən fərqləndirən onun süni olmasıdır. 1913-cü ildə yaradılmış və adını adanı əhatə edən qalın şam meşəsindən almışdır. Çimərliyin uzunluğu 800 metrdir və məşhur Jagalchi balıq bazarından cəmi 3 km məsafədədir.


Must try activity once visiting Songdo Beach is to test the Songdo Cable Car. The cable car takes you from Songdo Bay station, located at the eastern end of the beach, to Songdo Sky Park, west of the beach. The trip takes about 15-20 minutes at the height of 86m, allowing you to fully enjoy Songdo Beach, Yeongdo, and Namhang bridges, Coastal Dulle Road, and surfacing cliffs.

Songdo Çimərliyinə baş çəkirsinizsə, Songdo kabel maşınını sınaqdan keçirmək lazımdır. Kabel maşını sizi çimərliyin şərq ucunda yerləşən Songdo Bay stansiyasından çimərliyin qərbindəki Songdo Səma Parkına aparır. Səyahət 86 m hündürlükdə təxminən 15-20 dəqiqə çəkir ki, bu da Songdo çimərliyindən, Yeongdo və Namhang körpülərindən, Sahilboyu Dulle yolundan və uçan qayalardan tam zövq almağa imkan verir.


Culture Villages


There are two very famous cultural villages you must visit in Busan. They include Gamcheon

Culture Village and Huinnyeoul Culture Village.

Busanda ziyarət etməli olduğunuz iki məşhur mədəniyyət kəndi var. Bunlara Gamcheon Mədəniyyət Kəndi və Huinnyeoul Mədəniyyət Kəndi daxildir.


I visited Gamcheon Culture Village during my trip to Busan in the winter. Gamcheon culture

village is known for its layered streets, labyrinth-like alleys, and colorful houses. The town has

been built on a steep mountain and has been recently restored to attract more tourists. The culture village is known for its picturesque sights, and the main highlight of the alley is the little prince and desert fox statues overlooking the whole town.

Qışda Busana səfərim zamanı Gamcheon Mədəniyyət Kəndini ziyarət etdim. Gamcheon mədəniyyət kəndi laylı küçələri, labirint kimi xiyabanları və rəngarəng evləri ilə tanınır. Qəsəbə sıldırım dağ üzərində salınıb və daha çox turist cəlb etmək üçün bu yaxınlarda bərpa edilib. Mədəniyyət kəndi öz mənzərəli görməli yerləri ilə tanınır və xiyabanı məşhur edən bütün şəhərə baxan kiçik şahzadə və səhra tülküsü heykəlləridir.




Image source: Daily Travel Pill








I got the chance to visit Huinnyeoul Culture Village when the weather was not that bad, so I

could freely explore the village and take nice pictures. This cultural village is famous for its

white and blue buildings, making it seem like a place out of Korea. You can walk around the

valleys, visit cute stores, and enjoy a cup of coffee with an ocean view. The village is famous for its photo zones, especially the Coastal Tunnel. It might take a while to wait for your turn and pure luck to get a solo shot.

Hava o qədər də pis olmayan bir vaxtda Huinnyeoul Mədəniyyət Kəndini ziyarət etmək şansım oldu, ona görə də kəndi sərbəst şəkildə nəzərdən keçirib gözəl şəkillər çəkə bildim. Bu mədəniyyət kəndi ağ və mavi binaları ilə məşhurdur, bu da sizə Koreyadan kənar bir yerdəymişsiniz kimi bir hiss yaradacaqdır. Rəngli küçələrdə gəzə, sevimli mağazalara baş çəkə və okean mənzərəsindən zövq alaraq bir fincan qəhvə ilə yorğunluğunuzu ata bilərsiniz. Kənd foto zonaları, xüsusilə Sahil Tuneli ilə məşhurdur. Öz növbənizi gözləmək bir müddət çəkə bilər və çox nadir hallarda solo çəkiliş etmək şansınız ola bilər.

The cultural village is open 24/7, but be sure not to disturb residents since it is a residential area apart from being a tourist destination.

Mədəniyyət kəndi 24/7 açıqdır, lakin turistik məkan olmaqla yanaşı, yaşayış məntəqəsi olduğu üçün sakinləri narahat etməməyə diqqət edin.


Haedong Yonggung Temple

Image source: Lost with Jen


Another breathtaking sight in Busan is Haedong Yonggung Temple. I love to visit temples

during my trips, so if you also love the aesthetic aura of temples, Haedong Yonggung Temple is a must-see. The temple is the only one in Korea located on the coast. It is also called "the temple by the sea" It is hard to describe the mesmerizing beauty of this temple, so you should see it with your own eyes.

Busanda başqa bir nəfəs kəsən mənzərə Haedong Yonggung Məbədidir. Səyahətlərim zamanı məbədləri ziyarət etməyi sevirəm, siz də məbədlərin estetik aurasını sevirsinizsə, Haedong Yonggung məbədi mütləq görülməlidir. Məbəd Koreyada sahil sahil kənarında yerləşən yeganə məbəddir. Onu "dəniz kənarındakı məbəd" də adlandırırlar. Bu məbədin valehedici gözəlliyini təsvir etmək çətindir, ona görə də onu öz gözlərinizlə görməlisiniz.


BIFF square

Image source: Best Korea Tour Agency


BIFF Square is the main venue where the Busan International Film Festival takes place and is also a well-known food paradise. I recommend going there at night to see the lively night market. In the square, there are so many famous and delicious Korean street foods available. The court also has stores where you can shop to your heart's content. It is only a short walk away from Jagalchi Fish Market and, for you book lovers, Bosu-dong Book Alley.

BIFF Meydanı Busan Beynəlxalq Film Festivalının keçirildiyi əsas məkandır və eyni zamanda məşhur yemək cənnətidir. Canlı axşam bazarını görmək üçün axşam vaxtı ora getməyi məsləhət görürəm. Meydanda çoxlu məşhur və dadlı Koreya küçə yeməklərini dada biləcəyiniz köşklər mövcuddur. Bu küçədə ürəyiniz istəyən qədər alış-veriş edə biləcəyiniz mağazalar da var. Jagalchi Balıq Bazarı və kitabsevərlər üçünç Bosu-donq Kitab küçəsindən çox qısa yerimə məsafəsində yerləşir.


Well, how have you found this article so far? There are so many beautiful sights in Busan that

you should pay a visit. However, the ones mentioned in this article are the ones that you should see first. Otherwise, you cannot say you have been to Busan.

Məqaləni bəyəndinizmi? Busanda mütləq ziyarət etməli olduğunuz o qədər gözəl görməli yerlər var ki! Ancaq bu məqalədə qeyd olunanlar ilk növbədə görməli olduqlarınızdır. Əks halda, Busanda olmusunuz deyə bilməzsiniz.


Busan is a fantastic city with its modern infrastructure, beautiful nature, and kind people. It is

enjoyable regardless of the season and weather conditions. So make sure you visit this gorgeous city during your stay in Korea!

Busan müasir infrastrukturu, gözəl təbiəti və mehriban insanları ilə fantastik şəhərdir. Mövsüm və hava şəraitindən asılı olmayaraq səyahətinizdən həzz alacaqsınız. Odur ki, Koreyada qaldığınız müddətdə bu möhtəşəm şəhəri ziyarət etdiyinizə əmin olun!



Author: Guliyeva Sakina

Translation: Guliyeva Sakina (AZE)

For enquiries: nglforum4@gmail.com



58 views0 comments

Comentários


bottom of page