top of page
Writer's pictureNGL Forum

Jeonju - what makes it such a perfect travel destination?

It’s already spring, which means it's one of the best times of the year to go traveling. But where would be the best place to travel around in Korea? In this post, we would like to recommend to you one of the best traveling destinations in Korea, which is Jeonju City. Let's take a closer look at what makes Jeonju City such a fantastic place to visit!


Artıq yaz fəslidir, bu da o deməkdir ki, səyahət etmək üçün ilin ən yaxşı vaxtlarından biridir. Bəs Koreyada səyahət etmək üçün ən yaxşı yer hara olardı? Bu postda sizə Koreyanın ən yaxşı səyahət yerlərindən biri olan Jeonju şəhərini tanıtmağı planlayırıq. Gəlin Jeonju şəhərini ziyarət etmək üçün heyrətamiz yer edən faktorlar nələrdir daha yaxından nəzər salaq!

Image source: www.insideasiatours.com ( Jeonju city)


Feel connected to the history


Jeonju City is rich in historical sites and structures, which aids in the preservation of the city's historical aura.

Jeonju Hanok Village would be one of them, which has had designated slow city status since 2010. Hanok Village is located in the central part of Jeonju City and consists of 735 traditional Korean houses. When you first arrive in the Hanok town, you may feel like you’ve time traveled to one of the ancient Korean dynasties, as tourists tend to roam around in “hanbok” (한복), traditional Korean clothing. If you want to immerse yourself deeper in Korean history and feel like the main character in historical kdramas, rent hanbok from one of the rental shops located throughout the hanok village. The prices range from anywhere between 20,000-40,000 krw.


Jeonju şəhəri qədimi yerlər və tikililərlə zəngindir ki, bu da şəhərin tarixi aurasının qorunmasına kömək edir.

2010-cu ildən yavaş şəhər statusu təyin edilmiş Jeonju “Hanok kəndi” onlardan biri olardı. Hanok kəndi Jeonju şəhərinin mərkəzi hissəsində yerləşir və 735 ənənəvi Koreya evindən ibarətdir. Hanok şəhərciyinə ilk dəfə gəldiyiniz zaman özünüzü qədim Koreya krallıqlarından birinə səyahət etmiş kimi hiss edə bilərsiniz, çünki şəhərə səyahət edən turistlər ,adətən, ənənəvi Koreya geyimi olan “hanbok”da (한복) gəzirlər. Koreya tarixinə daha dərindən baxmaq və tarixi serialların baş qəhrəmanı kimi hiss etmək istəyirsinizsə, Hanok kəndi ətrafında yerləşən kirayə dükanlarından birində hanbok icarəyə götürə bilərsiniz. Qiymətlər 20.000-40.000 Koreya vonu arasında dəyişir.



















Image source: www.travelwithapen.com (Jeonju Hanok Village) (girls wearing hanbok)


Another famous site is Pungnammun Gate, which is considered the symbol of the city for the people of Jeonju. Historically, Pungnammun Gate has experienced several misfortunes, like fire and destruction, but is still standing firmly to this day. The gate is located closer to Hanok village, so don’t forget to pass by the gate and take pictures as well.


Digər məşhur yer isə Jeonju əhalisi üçün şəhərin simvolu sayılan Pungnammun Darvazasıdır. Tarixən, Pungnammun Darvazası yanğın və dağıntı kimi bədbəxtliklərlə üzləşməsinə baxmayaraq, hələ də bu günə qədər möhkəm şəkildə dayanır. Qapı Hanok kəndinə çox yaxındır, ona görə də darvazanın yanından keçib şəkil çəkdirməyi unutmayın.

Image source: www.hotels.com (Pungnammun gate)


Omokdae historic site is the best place to see the whole Hanok village from above. It is said to be the place where the founder of the Joseon dynasty had a feast when he was returning from the victorious battle of Hwangsan against Japanese raiders. The site is located on a small hill, and the way up is super quick and easy, so even for someone who hates hiking, it will be quite an enjoyable experience, and the view is worth it. You can take nice pictures of Hanok village from here, and the view is especially breathtaking during sunset.


Omokdae, bütün Hanok kəndini yuxarıdan görmək üçün ən yaxşı yer kimi tanınır. Deyilənə görə, bura Coseon sülaləsinin banisinin yapon basqınlarına qarşı Hvanqsan döyüşündən zəfərlə qayıdarkən ziyafət verdiyi yerdir. Tikili kiçik bir təpədə yerləşir və yuxarı qalxmaq çox asandır, buna görə də hündürlüyə qalxmağa nifrət edən biri üçün belə bu olduqca xoş bir təcrübə olacaq və mənzərə həqiqətən buna dəyər. Buradan bütün Hanok kəndinin şəkillərini çəkə bilərsiniz və gün batımı zamanı mənzərə xüsusilə valehedicidir.

Image source: www.tripadvisor.com (Omokdae historical site)


Jeondong Catholic Church differs from the above-mentioned historical sites. It is built in Romanesque style and is known for its beautiful and splendid buildings, even among other Korean church structures. The church is also located within the Hanok village area, and you can see a lot of people taking pictures in front of it, some of whom are even dressed in hanbok. Perhaps because of its location, the church exudes a calming and comforting aura.


Jeondong Katolik Kilsəsi yuxarıda qeyd olunan tarixi yerlərdən bir qədər fərqlidir, çünki o, Roman üslubunda tikilmişdir və hətta digər Koreya kilsə strukturları arasında da gözəl və əzəmətli binaları ilə tanınır. Kilsə də Hanok kəndi ərazisində yerləşir və onun qarşısında bəzən hətta hanbok geyinərək şəkil çəkdirən insanları da görə bilərsiniz. Bəlkə də yerləşdiyi yerə görə kilsə sakitləşdirici və rahatladıcı aura yayır.
























Image source: wikipedia.org (Jeongdong Catholic Church)


Nature is so beautiful, it feels like heaven.


Jeonju is also known for its alluring nature that sometimes feels out of this world, which is why no matter the season, you will always be amazed by the city's beauty. The trees are so tall and mature that it gives an indication of how old the city is. Jeonju city is also surrounded by mountains and hills, adding to its allure.


Jeonju həm də bəzən bu dünyadan kənar hiss edilən cazibədar təbiəti ilə də tanınır, buna görə də mövsümdən asılı olmayaraq, şəhərin gözəlliyinə həmişə heyran qalacaqsınız. Ağaclar o qədər hündür və yetkindirlər ki, bu, şəhərin nə qədər qədimolmasından xəbər verir. Jeonju şəhəri dağlar və təpələrlə əhatə olunmuşdur ki, bu da onun cazibədarlığını artırır.


There are a lot of destinations where you can better appreciate the nature of Jeonju City, one of which is Wansan Park. The park is situated on the outskirts of Jeonju and is mountainous. However, what makes it very extraordinary is that, depending on the season, the park constantly changes color due to the seasonal flowers that bloom here, making it one of the most picturesque spots for many.


Jeonju şəhərinin təbiətini daha yaxşı qiymətləndirə biləcəyiniz bir çox yer var və onlardan biri də Wansan Parkıdır. Park Jeonju şəhərinin kənarında yerləşir və dağlıq ərazidədir. Onu qeyri-adi edən odur ki, fəsildən asılı olaraq burada açan mövsümi çiçəklər səbəbindən park həmişə rəngini dəyişir və onu çoxları üçün ən mənzərəli yerlərdən birinə çevirir.












Image source: jeonjucity.kr (Wansan Park)


Jeonjucheon stream is a breathtakingly beautiful location because mountains and tall, green trees surround it. The stream originates in the southeast region of Jeonju and runs through the downtown area. The stream is home to slender shiners and otters, a national heritage, making Jeonjucheon an eco-stream.


Jeonjucheon çayı, dağlar və hündür, yaşıl ağaclarla əhatə olunduğu üçün nəfəs kəsən mənzərəyə sahibdir. Axın Jeonju'nun cənub-şərq bölgəsindən başlayır və şəhərin mərkəzindən keçir. Axar, milli irs olan xüsusi balıq növü və su samurlarının evidir və bu, Jeonjucheonu ekoloji axına çevirir.

Image source: tour.jeonju.go.kr (Jeonjucheon stream)


Deokjin Park is where a lot of young couples go on romantic dates. Especially in summer, the blooming lotus flowers are a sight to see. The park is the perfect spot to make great memories and take nice pictures with your loved ones. It’s said that the garden is as beautiful at night as it is during the day. So regardless of the time of day, you will certainly enjoy yourself!


Deokjin Parkı bir çox gənc cütlüyün romantik görüşlərə getdiyi yerdir. Xüsusilə yay aylarında çiçək açan lotus çiçəkləri bu parkı mütləq görməli yerlərdən biri edir. Park gözəl xatirələr saxlamaq və sevdiklərinizlə gözəl şəkillər çəkmək üçün mükəmməl yerdir. Deyilənə görə, park gündüzlər olduğu kimi gecələr də gözəldir. Beləliklə, günün hansı vaxtından asılı olmayaraq, mütləq zövq alacaqsınız!


Feel the taste of Jeonju through its delicious cuisine.


Certainly, Jeonju is also famous for its delicious foods; some are a must-try if you visit the city.

One of the most famous foods in Jeonju is bibimbap. Jeonju bibimbap is known to almost all foreigners; once you taste it, you will understand why. Bibimbap can be a bit pricey compared to other regions, especially if you have it in a famous bibimbap restaurant. However, it is worth every penny.


Şübhəsiz ki, Jeonju da dadlı yeməkləri ilə məşhurdur; bəzilərini şəhəri ziyarət etsəniz mütləq sınamalısınız.

Jeonjuda ən məşhur yeməklərdən biri bibimbapdır. Jeonju bibimbap demək olar ki, bütün əcnəbilərə məlumdur və bir dəfə dadına baxdıqda bunun səbəbini biləcəksiniz. Bibimbap digər bölgələrlə müqayisədə bir qədər baha ola bilər, xüsusən də məşhur bibimbap restoranında dadırsınızsa, lakin hər qəpiyinə dəyəcəyinə əmin olun.










Image source: jeonjucity.kr (Jeonju raw beef bibimbap)


Another famous dish you must try without a doubt is called Kongnamul gukbap ( bean sprout soup with rice). It is among the most popular hangover foods and may look similar everywhere, but the one made in Jeonju tastes divine. You can have the best kongnamul gukbap in the restaurants around Jeonju Nambu Market and Jeonju Train Station.


Şübhəsiz ki, sınamalı olduğunuz başqa bir məşhur yemək Kongnamul gukbap (düyü ilə lobya cücərtisi şorbası) adlanır. Bu, xüsusilə, alkoqolun təsirindən yaranan baş ağısını götürmək üçün ən populyar yeməklərdən biridir və hər yerdə oxşar görünə bilər, lakin Jeonjuda hazırlanan yeməyin ayrı bir ləzzəti var. Ən yaxşı kongnamul gukbapı Jeonju Nambu Market və Jeonju Qatar Stansiyası ətrafındakı restoranlarda dada bilərsiniz.












Image source: jeonjucity.kr (Jeonju Kongnamul Gukbap)


Did you know that Jeonju is famous for its handmade choco pie? You might think it is the same as any ordinary chocopie, but Jeonju chocopie is by far the best one you can ever have. It comes in different flavors, such as original, blueberry, banana, etc. If you visit Hanok village, make sure to taste the famous Jeonju handmade choco pie as well.


Siz bilirdinizmi ki, Jeonju öz əl istehsalı olan şokoladlı piroqu ilə məşhurdur? Hər hansı bir adi şokoladlı piroq ilə eyni olduğunu düşünə bilərsiniz, lakin Jeonju piroqu indiyə qədər dada biləcəkləriniz arasında ən yaxşısıdır. Onun, orijinal, qaragilə, banan və s. kimi müxtəlif dadları mövcuddur. Əgər Hanok kəndinə baş çəksəniz, məşhur Jeonju şokoladlı piroqunun dadına baxın.











Image source: shewalkstheworld.com (Jeonju handmade choco pie)


We hope this article was helpful if you are still deciding where to go fo you next vacation. Be sure to fully immerse yourself in the whole experience once you travel to Jeonju City!


Əgər növbəti tətilinizi harada keçirəcəyinizdən əmin deyilsinizsə, ümid edirik ki, bu məqalənin sizə köməyi dəydi. Jeonju şəhərinə yolunuz düşərsə, yuxarıda sadalananları yoxlamağı qətiyyən unutmayın!




Author: Guliyeva Sakina

Translation: Guliyeva Sakina (AZE)

For inquiries: nglforum4@gmail.com


15 views0 comments

Comments


bottom of page